XƏBƏRLƏR

“Milli peyk” layihəsinin müəllifi Azərbaycan Universitetində ustad dərsi keçib

“Milli peyk” layihəsinin müəllifi  Azərbaycan Universitetində ustad dərsi keçib

03 noyabr 2023

Baxış sayı: 1337

Azərbaycanın ilk milli peykinin layihəsinin müəllifi, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Məzahim Quliyev Azərbaycan Universitetinin tələbələrinə ustad dərsi keçib. Ustad dərsi “Rəqəmsal iqtisadiyyata keçidlə bağlı əmək bazarında tələb olunan İT yönümlü peşələr” mövzusuna həsr olunub.

Dərsdə əvvəlcə rəqəmsal iqtisadiyyat anlayışı, məqsədi və mahiyyəti izah olunub.  Tələbələrin diqqətinə çatdırılıb ki, rəqəmsal iqtisadiyyata keçid əmək bazarına da təzyiq göstərir və yeni bilik, bacarıq və vərdişlər tələb edən peşələr ortaya çıxır.  

Məzahim Quliyev ardınca rəqəmsal iqtisadiyyat sahəsində karyera qurmaq istəyən tələbələrə robototexnika və avtomatlaşdırma, süni intellekt, ux/ui dizayn, AR (arıtılmış reallıq) və VR (virtual reallıq), blockchain təhlili və inkişafı, rəqəmsal marketinq və media planlama, big data, əşyaların interneti (iot), bulud texnologiyaları kimi İT yönümlü peşələr haqqında məlumat verib, karyera planlaması, CV hazırlanması, iş axtarışı kimi istiqamətlərdə tövsiyə və məsləhətlərini verib.  

Məzahim Quliyev çıxışında milli peyk layihəsinin labüdlüyünü şərtləndirən amillər, layihənin həyata keçirilməsi, Azərbaycanın Dünya Kosmik Klubuna üzvlüyü, “Avroviziya” müsabiqəsində təmsil olunması üçün Avropa Yayım Zonasına qəbulu kimi tələbələrin böyük marağına səbəb olan məlumat və faktları da diqqətə çatdırıb. 

Qeyd edək ki, 2013-2017-ci illərdə Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Şərqi Avopa və Şimali Asiya regionu üzrə sədr müavini vəzifəsini icra edən Məzahim Quliyev pedaqoji fəaliyyətlə də məşğuldur. O, hazırda Azərbaycan Universitetinin Riyaziyyat və informatika kafedrasının müəllimidir. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR