XƏBƏRLƏR

İctimai elmlər kafedrası “Möhtəşəm qələbə” mövzusunda vebinar keçirib

İctimai elmlər kafedrası “Möhtəşəm qələbə” mövzusunda vebinar keçirib

02 dekabr 2020

Baxış sayı: 2281

Bu gündən Azərbaycan Universitetində qələbə vebinarlarına start verilib. İctimai elmlər kafedrasının təşkilatçılığı ilə keçirilən “Möhtəşəm qələbə” vebinarında kafedranın müdiri prof. Qabil Əliyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən Müharibəsindəki möhtəşəm və parlaq qələbəsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması münasibətilə tədbir iştirakçılarını təbrik edib. Kafedra müdiri Azərbaycanın əzəli və tarixi torpaqlarının geri qaytarılması istiqamətində qazanılan qələbənin Azərbaycan tarixində xüsusi yeri olduğunu və hər bir Azərbaycan vətəndaşını qürurlandırdığını bildirib.

Kafedranın professoru Qasım Hacıyev çıxışında ATƏT-in Minsk qrupunun vasitəçiliyində 30 ilə yaxın müddətdə həllini tapa bilməyən Dağlıq Qarabağ münaqişəsini Azərbaycan Ordusunun ədalətli şəkildə bitirdiyini və bu möhtəşəm qələbənin Azərbaycan tarixində daim qalacağını vurğulayıb.

Kafedranın dosenti Boran Əziz Dağlıq Qarabağ münaqişəsinin tarixi və mərhələləri haqqında məlumat verib, 200 ilə yaxın tarixi olan münaqişənin həmsədr ölkələrin qərəzli, birtərəfli və aqressiv mövqelərinə baxmayaraq, məhz Azərbaycanın qətiyyəti ilə həll edildiyini bildirib. Boran əziz çıxışında quruculuq və bərpa dövründə tarixçilərin qarşısında duran vəzifələr və görə biləcəkləri işlər haqqında danışıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
02.12.2020

DİGƏR XƏBƏRLƏR