XƏBƏRLƏR

Müəllimimiz AXC-yə həsr olunmuş beynəlxalq konqresdə iştirak edib

Müəllimimiz AXC-yə həsr olunmuş beynəlxalq konqresdə iştirak edib

06 iyun 2018

Baxış sayı: 4321

Azərbaycan Universitetinin Maliyyə və iqtisadiyyat kafedrasının müəllimi Könül Nuriyeva Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü tədbirləri çərçivəsində Türkiyənin Anadolu Universitetində keçirilən "100-cü ilində Azərbaycan Cümhuriyyəti” adlı beynəlxalq konqresdə məqalə ilə iştirak edib.

“The Role of Tourism in the Development of Non-Oil Sector of Azerbaijan” adlı məqalədə qeyri-neft sektoru kimi turizmin inkişafı məsələləri, mövcud problemlər və sahənin inkişaf etdirilməsi üçün atılan addımlar, “Gələcəyə Baxış: 2020 Konsepsiyası”  və  “Strateji Yol Xəritəsi”ndə turizm sferasının aktuallığı və turizmin inkişafının digər qeyri-neft sektoru sahələrinə təsiri məsələləri araşdırılıb.

Konqres Eskişehir Azərbaycanlılar Dərnəyi və Anadolu Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin (TÜDAM) təşkilatçılığı, Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzinin (INDEX) və Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) dəstəyi ilə baş tutub.

AXC-nin 100 illik tarixinin iqtisadi, sosial, siyasi və mədəni baxımdan müzakirə olunduğu beynəlxalq konqresə 13 ölkədən 542 müraciət daxil olub. İki mərhələli qiymətləndirmə nəticəsində onlardan 60-ı proqrama daxil edilib. Bu məqalələr Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Respublikasından olmaqla 39 universitet və iki ictimai təşkilat nümayəndələrinə məxsusdur. Proqrama daxil edilən məqalələrdən 14-ü Azərbaycanlı müəlliflərə aiddir.

İctimaiyyətlə əlaqələr şöbəsi
07.06.2018


DİGƏR XƏBƏRLƏR