XƏBƏRLƏR

Müəllimimiz mübadilə proqramı çərçivəsində Türkiyədə ezamiyyədə olub

Müəllimimiz mübadilə proqramı çərçivəsində Türkiyədə ezamiyyədə olub

06 may 2019

Baxış sayı: 3548

Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının baş müəllimi Hüseyn Hüseynli “Mövlanə” Mübadilə Proqramı çərçivəsində Türkiyənin Mehmet Akif Ersoy Universitetinə ezam olunaraq bu ali məktəbdə tədris prosesində iştirak edib. Hüseyn Hüseynli iki həftə ərzində türk dili və ədəbiyyat ixtisası üzrə təhsil alan tələbələrə mühazirə oxuyub, ikili dərslər keçirilib. Mühazirələr Orta əsrlər Azərbaycan ədəbiyyatı, Azərbaycanın dahi şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətainin həyat və yaradcılığını əhatə edib.

Müəllimimiz burada tarix, türk dili və ədəbiyyatı ixtisaslarında oxuyan tələbələrin iştirakı ilə təşkil olunan “XIX əsr Azərbaycan ədəbiyyatı” mövzusunda konfransda məruzə ilə çıxış edib. Məruzədə iştirakçılara Azərbaycan ədəbiyyatı və incəsənəti haqqında məlumat verilib, fikir mübadiləsi aparılıb. Tədbirdə tələbələrlə yanaşı kafedra müdiri Ezgi Demirel, kafedranın professor-müəllim heyəti iştirak edib.

Hüseyn Hüseynli akademik heyətin ezamiyyə zamanı Mehmet Akif Ersoy Universitetinin rektor köməkçisi prof. Hasan Karacanın qəbulunda da olub.

İctimaiyyətlə əlaqələr şöbəsi
06.05.2019


DİGƏR XƏBƏRLƏR