XƏBƏRLƏR

Müəllimlərimiz “Sağlam Təhsil – Sağlam Millət” layihəsini beynəlxalq konfransda təqdim ediblər

Müəllimlərimiz “Sağlam Təhsil – Sağlam Millət” layihəsini beynəlxalq konfransda təqdim ediblər

05 may 2021

Baxış sayı: 1944

Azərbaycan Universitetinin sosial işin təşkili kafedrasının müəllimləri Nigar Şahhüseynbəyova və Aynur Bünyatova Beynəlxalq Texnologiya, Təhsil və Elm Cəmiyyətinin (ISTES) təşkilatçılığı ilə keçirilən Humanitar, sosial və təhsil elmləri üzrə beynəlxalq konfransda məruzə ilə çıxış ediblər. Məruzə “Dayanıqlı təhsilin multidisiplinar inkişafı” mövzusuna həsr olunub.

Tədqiqat işində Azərbaycan Respublikasının “Sağlam Təhsil – Sağlam Millət” layihəsi çərçivəsində aparılan monitorinqin nəticələri təqdim olunub. Ümumi və xüsusi təhsil müəssisələrində, eləcə də ümumi təhsil müəssisələrinin xüsusi siniflərində sağlam təlim mühitinin formalaşdırılması, sağlamlığı qoruyan təhsil texnologiyalarının hazırlanması və tətbiqi üzrə keçirilən “Sağlam Təhsil–Sağlam Millət” layihəsinin məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir. Bütün bunlar nəticədə sağlam Azərbaycan vətəndaşının yetişdirilməsinə xidmət edir.

Konfrans Niderlandın aparıcı elmi-analitik “Elsevier” şirkətinin “Scopus” və “Thomson Reuters” şirkətinin “Web of Science” platformasının dəstəyi ilə keçirilib. Konfransda ABŞ, Yunanıstan, Ukrayna, Tayvan, Azərbaycan, Albaniya, Türkiyə, İsveç, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Xorvatiya, Qətər, Malayziya, Portuqaliya, Filippin, Yeni Zelandiya, Fransa, İsrail, Sinqaur, İspaniya, Braziliya, Mərakeş olmaqla 22 ölkədən 100-ə yaxın iştirakçı təmsil olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
05.05.2021

DİGƏR XƏBƏRLƏR