XƏBƏRLƏR

Müəllimlərimiz Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda iştirak edib

Müəllimlərimiz Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda iştirak edib

09 may 2018

Baxış sayı: 6670

Azərbaycan Universitetinin Maliyyə və iqtisadiyyat kafedrasının müəllimləri Könül Nuriyeva, Ülviyyə Şirinova və Ruhəngiz Əliyeva Turkiyənin İstanbul şəhərində Stratejik və Sosial Tədqiqatlar jurnalı və Süleyman Dəmirəl Universiteti tərəfindən birgə təşkil olunmuş “Beynəlxalq Stratejik və Sosial Tədqiqatlar Simpoziumu / Sərgisi”ndə (International Symposium/Exhibition on Strategic and Social Researches – ISASOR 2018) iştirak ediblər.

Konfransın  iqtisadi araşdırmalara həsr olunan və Könül Nuriyevanın sədrliyi ilə keçirilən bölmə iclasında Ülviyyə Şirinovanın “The new aspect of Azerbaijan –Turkish economic relations” mövzusunda elmi məruzəsi dinlənilib. Məruzədə Azərbaycan – Türkiyə iqtisadi əlaqələri yeni aspektdən nəzərdən keçirilib.  Ruhəngiz Əliyevanın “The importance of foreign investments  in the sustainable economic development of country” adlı məruzəsi Azərbaycanın davamlı iqtisadi inkişafında xarici investisiyaların zəruruliyinə həsr olunub. Bölmə sədri Könül Nuriyevanın “Tourism Performances and Competitiveness Factors of South Caucasus Countries” adlı məruzəsində isə Cənubi Qafqaz regionu ölkələrinin turizm potensialı və rəqabətqabiliyyətliliyi tədqiq olunub.

Əməkdaşlarımızın konfransa təqdim etdikləri məqalələr və bölmədəki çıxışları, həmçinin səsləndirdikləri fikirlər və irəli sürdükləri təkliflər maraqla qarşılanıb.

Üç gün davam edən beynəlxalq tədbirin məqsədi arxeologiyadan ədəbiyyata, turizmdən iqtisadiyyata, marketinqdən sosiologiyaya – çox geniş yelpazədə tədqiqatçıları bir yerə toplamaq və onların əldə etdikləri nəticələri paylaşıb müzakirə etmələrini təmin etməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi
09.05.2018


DİGƏR XƏBƏRLƏR