XƏBƏRLƏR

“Narkotik asılılığın formaları və klinik təzahürləri” mövzusunda açıq dərs təşkil olunub

“Narkotik asılılığın formaları və klinik təzahürləri” mövzusunda açıq dərs təşkil olunub

01 noyabr 2019

Baxış sayı: 3285

Sosial işin təşkili kafedrasının müəllimi Təranə Mövsümovanın Həyat fəaliyyətinin müxtəlif sahələrində Sosial iş ixtisası üzrə təhsil alan II kurs magistratura tələbələri üçün “HİV, QİÇS və vərəm ilə yaşayan, narkotik istifadəçiləri ilə sosial iş“ fənni üzrə “Narkotik asılılığın formaları və klinik təzahürləri” mövzusunda açıq dərsi təşkil olunub.

Dərsdə müasir dünyamızın ən mühüm problemlərindən biri olan narkomaniyadan bəşəriyyətin hələ də əziyyət çəkməsindən bəhs olunub. Qeyd edilib ki, əvvəllər narkotikdən istifadə təhlükəsi bir neçə ölkə qarşısında dururdusa, artıq vətəndaşlarının narkotizasiyasının acı nəticələrini hiss etməyən ölkə tapmaq demək olar ki, mümkün deyil.

Bildirilib ki, vaxtilə bu problemə diqqət yetirilməməsi, ictimai təhlükəliliyinin lazımi dərəcədə qiymətləndirilməməsi nəticəsində narkomaniya yoluxucu xəstəlik kimi insanlar, xüsusən də gənclər arasında yayılaraq öz ərazisini genişləndirib və  yaşadığımız dünyanı dağıtmaq səviyyəsinə qədər gəlib çıxıb.

Daha sonra tələbələr narkomaniya haqqında öz araşdırmalarını və beynəlxalq təcrübədən bəhs edən faktları təqdim ediblər.

Açıq dərsdə Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
01.11.2019


DİGƏR XƏBƏRLƏR