XƏBƏRLƏR

“Nizami Gəncəvi yaradıcılığında insan haqlarının təbliği” mövzusunda dəyirmi masa keçirilib

“Nizami Gəncəvi yaradıcılığında insan haqlarının təbliği” mövzusunda dəyirmi masa keçirilib

13 dekabr 2021

Baxış sayı: 1481

Azərbaycan Universitetində Ümumdünya İnsan Hüquqları gününə həsr edilmiş “Nizami Gəncəvi yaradıcılığında insan haqlarının təbliği” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə professor Mayis Əliyev “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, dünyada və Azərbaycanda insan hüquqları”, professor Qorxmaz Quliyev “Platonda ədalət və qanun”, professor Asif Hacıyev “Şərq intibahı və Nizami”, dosent Ülviyyə Rəhimova “Nizami Gəncəvi yaradıcılığında xoşbəxtlər ölkəsi konsepsiyası”, p.ü.f.d. Aynur Bünyatova “Nizami Gəncəvi yaradıcılığı və gender problemi”, Tünzalə Verdiyeva “Nizami Gəncəvi yaradıcılığı və insan haqları” mövzusunda çıxış ediblər.

Sosial işin təşkili kafedrası ilə Azərbaycan dili və ədəbiyyat kafedrası tərəfindən birgə təşkil olunan tədbir tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.

Tədbir Prezident İlham Əliyevin 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan olunması ilə bağlı Sərəncamını rəhbər tutaraq və Azərbaycan Universitetinin “Nizami Gəncəvi ili” tədbirlər planı çərçivəsində təşkil olunub.

 

İctimaiyyətlə əlaqələr şöbəsi
13.12.2021

DİGƏR XƏBƏRLƏR