XƏBƏRLƏR

Azərbaycan Universitetində beynəlxalq konfrans işə başlayıb

Azərbaycan Universitetində beynəlxalq konfrans işə başlayıb

07 may 2021

Baxış sayı: 1764

Bu gün Azərbaycan Universitetində "Nizami Gəncəvinin əsərləri Azərbaycan xalqının etnogenezisinin Qafqaz və Türk dünyası kontesktində öyrənilməsində ədəbi və tarixi mənbə kimi" beynəlxalq konfransı işə başlayıb. “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan konfrans dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunur.

Mövcud ekstremal şəraitə uyğun olaraq zoom platforması üzərindən onlayn formatda təşkil olunan konfransı çılış nitqi ilə universitetin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov açaraq konfransın proqramını və plenar məruzəçilərini təqdim edib.  

Elmi konfransın plenar iclasında ABŞ-ın Arizona Universitetinin professoru Kamran Talattof “Sülh ulduzu: Nizami poeziyasinda səma və fəza” və Ball State Universitetinin professoru Mattew R. Hotham "Clutching the Pearl-Stringer: Exploring Nizami Ganjavi’s Poetic Legacy" mövzusunda məruzə ediblər.

Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru Qorxmaz Quliyev çıxışında Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatşünaslığında tədqiq olunma tarixi və dünya ədəbiyyatında yerinin müəyyənləşdirilməsi haqqında düşüncələrini bölüşüb.

Konfransın işi dahi şairin əsərlərində tarixi faktlar və milli kimlik məsələləri, Azərbaycan xalqının etnogenezisinin öyrənilməsində Nizami Gəncəvi yaradıcılığının rolu, Nizami Gəncəvi və müasir tarix kimi aktual məsələlərə dair çıxış və müzakirələrlə davam edir. 

Konfransın səhifəsinə keçid:
/az/menu/554/

İctimaiyyətlə əlaqələr şöbəsi  
07.05.2021

DİGƏR XƏBƏRLƏR