XƏBƏRLƏR

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş konfransa tezislərin qəbulu davam edir

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş konfransa tezislərin qəbulu davam edir

12 aprel 2021

Baxış sayı: 2632

Azərbaycan Universitetində 7 may 2021-ci il tarixində keçiriləcək "Nizami Gəncəvinin əsərləri Azərbaycan xalqının etnogenezisinin Qafqaz və Türk dünyası kontesktində öyrənilməsində ədəbi və tarixi mənbə kimi" beynəlxalq konfransına tezislərin qəbulu davam edir.

Konfransda iştirak etmək istəyənlər müəlliflər üçün müəyyənləşdirilmiş təlimata uyğun olaraq hazırlanmış tezislərini 25 aprel 2021-ci il tarixinə qədər  elm@au.edu.az elektron poçt ünvanına göndərə bilərlər.

Konfransın istiqamətləri aşağıdakı kimi təsnifləşdirilib:

  • Nizami Gəncəvinin əsərlərində tarixi faktlar
  • Nizami Gəncəvinin əsərlərində milli kimlik məsələləri
  • Azərbaycan xalqının etnogenezisinin öyrənilməsində Nizami Gəncəvi yaradıcılığının rolu
  • Nizami Gəncəvi və müasir tarix
  • Nizami irsi və klassik Şərq ədəbiyyatında forma, janr və poetika məsələləri
  • Nizami yaradıcılığında Şərq və Qərb mədəniyyətlərinin sintezi problemi
  • Nizami ədəbi məktəbi və onun başlıca xüsusiyyətləri
  • Nizami ideyaları və sujetlərinin fars, ərəb, türk, hind və digər Şərq xalqlarının ədəbiyyatına təsiri
  • Nizami və Azərbaycan ədəbiyyatı
  • Nizami Gəncəvi və folklor məsələləri

“Nizami ili” çərçivəsində təşkil olunacaq elmi konfrans dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunur. Pandemiya şəraitini nəzərə alaraq konfransın onlayn rejimdə keçirilməsi planlaşdırılır.

Konfransın səhifəsinə keçid:

/az/menu/554/nizami-gencevinin-eserleri-edebi-ve-tarixi-menbe-kimi-respublika-konfransi-haqqinda

İctimaiyyətlə əlaqələr şöbəsi 
12.04.2021 

DİGƏR XƏBƏRLƏR