XƏBƏRLƏR

Xarici dillər kafedrasının növbəti təlimi “Argumentative Essay” mövzusunda olub

Xarici dillər kafedrasının növbəti təlimi “Argumentative Essay” mövzusunda olub

09 aprel 2025

Baxış sayı: 200

Azərbaycan Universitetinin Xarici dillər kafedrasında akademik yazı bacarıqlarının inkişafına həsr olunmuş silsilə təlimlər uğurla davam etdirilir. Növbəti təlim “Argumentative Essay” mövzusuna həsr olunub və kafedranın müəllimi Səbahət Hacıyeva tərəfindən aparılıb.

İnteraktiv formatda keçirilən təlimdə Səbahət Hacıyeva iştirakçılara “Argumentative Essay” yazısının strukturu, yazılma qaydaları, arqumentlərin qurulması, əks fikirlərin əsaslandırılması, inandırıcı və obyektiv üslubda yazmaq prinsipləri, eləcə də akademik sitat gətirmə metodları haqqında geniş məlumat verib.

Təlim zamanı iştirakçılar fərdi və qrup şəklində praktiki tapşırıqlar yerinə yetirərək, real nümunələr üzərində işləyib, brainstorming (beyin həmləsi) texnikasından istifadə etməklə öz esse yazma bacarıqlarını təkmilləşdirmək imkanı qazanıblar.

Qeyd edək ki, silsilə təlimlərin əsas məqsədi tələbələrin akademik yazı bacarıqlarını inkişaf etdirmək və onların elmi-analitik düşüncə tərzini formalaşdırmaqdır. Xarici dillər kafedrası bu istiqamətdə təşəbbüslərini davam etdirməyi və tələbələrin dil və yazı bacarıqlarını daha da gücləndirəcək tədbirlərin miqyasını genişləndirməyi qarşıya məqsəd qoyub.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR