XƏBƏRLƏR

Nüşabə Quliyevanın məqaləsi “Web of Science” bazasında indekslənən jurnalda çap olunub

Nüşabə Quliyevanın məqaləsi  “Web of Science” bazasında indekslənən jurnalda çap olunub

04 mart 2024

Baxış sayı: 422

Azərbaycan Universiteti rektorunun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nüşabə Quliyevanın müəllifi olduğu “Rusiya və Azərbaycan: təhsil sahəsində əməkdaşlığın aspektləri” (Russia and Azerbaijan: Aspects of Cooperation in the Field of Educatıon)  adlı məqalə “Web of Science” bazasında indekslənən “Revista Conrado” jurnalında çap olunub. 

Məqalədə təhsil sahəsində Rusiya-Azərbaycan münasibətlərinin inkişafı təhlil edilib. Rusiya-Azərbaycan təhsil əməkdaşlığının əsasını təşkil edən çoxşaxəli motivasiya, stimul və məqsədlər də müxtəlif prizmalardan araşdırılıb. Məqalədə qeyd olunur ki, humanitar əməkdaşlıq proqramları ilk növbədə Azərbaycan və Rusiya arasında mədəni əlaqələri tənzimləyir və ümumilikdə çoxsaylı ikitərəfli sazişlər və müqavilələr ölkələr arasında humanitar məsələlərin demək olar ki, bütün sahələrini əhatə edir.

Jurnala keçid: https://conrado.ucf.edu.cu/index.php/conrado

Məqaləyə keçid: https://conrado.ucf.edu.cu/index.php/conrado/article/view/3621/3450

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR