XƏBƏRLƏR

Azərbaycan Universitetində payız semestrinin imtahan sessiyası başlayıb

Azərbaycan Universitetində payız semestrinin imtahan sessiyası başlayıb

05 yanvar 2026

Baxış sayı: 162

Azərbaycan Universitetində 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. 29 dekabr 2025-ci il tarixində start verilən sessiya 9 fevral 2026-cı il tarixində yekunlaşacaq.

Universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyevanın müvafiq əmri ilə imtahanların təşkili, təhsilalanların biliyinin qiymətləndirilməsində şəffaflığı, obyektivliyi təmin etmək və yekun imtahan nəticələrinin şifrələnməsi məqsədi ilə “İmtahan qərargahı” yaradılıb. İmtahan qərargahının tabeliyində “İmtahan nəzarət komissiyası”, “Apellyasiya komissiyası”  və “İmtahan prosesi üzrə araşdırma komissiyası” fəaliyyət göstərir. 

“İmtahan nəzarət komissiyası”nın məqsədi imtahanların gedişinə nəzarət, yarana biləcək neqativ halların dərhal aradan qaldırılmasıdır. “Apellyasiya komissiyası” imtahan sessiyası dövründə imtahan nəticələrinə dair baş verə biləcək mübahisələrin aradan qaldırılması və ehtiyac olduğu təqdirdə tələbənin imtahan cavabının yenidən qiymətləndirilməsi, “İmtahan prosesi üzrə araşdırma komissiyası” isə imtahanlarda təhsilalanlarla təhsilverənlər arasında mübahisəli məqamların araşdırılması, tələbəyönümlülük, demokratiklik, aşkarlıq prinsiplərinin qorunması məqsədilə yaradılıb. 

Sessiyada imtahanlar təsdiqlənmiş cədvələ uyğun olaraq yazılı, test və zərurət yaranarsa şifahi şəkildə keçirilir.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR