XƏBƏRLƏR

Payızda keçiriləcək beynəlxalq konfransa hazırlıq prosesi müzakirə olunub

Payızda keçiriləcək beynəlxalq konfransa hazırlıq prosesi müzakirə olunub

31 iyul 2023

Baxış sayı: 873

Azərbaycan Universitetinin 24-25 noyabr 2023-cü il tarixlərində Sent-Luis Vaşinqton Universiteti (ABŞ), Sakarya Universiteti (Türkiyə) və Sosial Tədqiqatlar Mərkəzi (Azərbaycan) ilə birgə təşkil etdiyi “Social Work & Social Research” mövzusunda beynəlxalq konfransa hazırlıq işləri və təşkilati məsələlər müzakirə olunub. Bu məqsədlə təşkil olunan onlayn görüşdə Sent-Luis Vaşinqton Universitetinin Sosial Tədqiqatlar Mərkəzinin nümayəndələri – mərkəzin direktoru, konfransın sədri və plenar məruzəçisi, professor Michael Sherraden; mərkəzin direktor müavini və plenar məruzəçi Lissa Johnson; mərkəzin əməkdaşı, elmi komitənin həmsədri və plenar məruzəçi Aytəkin Hüseynli; Sosial iş məktəbinin professoru və plenar məruzəçi Jin Huang; mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Chris Leiker, Azərbaycan Universitetinin nümayəndələri - Təşkilat komitəsinin sədri, Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov, Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Dilənova iştirak ediblər. 

Görüşdə konfransa hazırlıq prosesi, təqdim olunan tədqiqat işləri barədə məlumat verilib, tədbirin tanıtımı və gündəliyi ilə bağlı aktual mövzular, o cümlədən gündəlikdə duran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, beynəlxalq konfransın məqsədi sosial sahədə çalışan tədqiqatçıların sosial iş və sosial siyasət sahəsindəki aktual məsələlərin müzakirəsinə qoşulması, əhalinin müxtəlif kateqoriyalarının sosial və psixoloji səviyyəsinin yüksəldilməsinə yönəlmiş müasir texnologiyaların, sosial təcrübələrin hazırlanması və tətbiqi sahəsində təcrübə mübadiləsidir. Rəsmi dili ingilis dili olan konfransda böhran dövründə sosial iş təcrübəsi, sosial iş təhsilinin inkişafı, bu sahədə beynəlxalq standartların yaradılması, həssas qrupların sosial müdafiəsi və digər bu kimi məsələlərin müzakirəsi üçün elmi platforma təqdim ediləcəkdir.

Konfransın səhifəsinə keçid: 
https://au.edu.az/en/confrances/social-work-and-social-research

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR