XƏBƏRLƏR

“Personalın idarə olunması” təlimləri başa çatdı

“Personalın idarə olunması” təlimləri başa çatdı

05 aprel 2018

Baxış sayı: 4025

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva tərəfindən struktur bölmə rəhbərləri üçün təşkil olunmuş “Personalın idarə olunması mədəniyyəti" mövzusunda təlimlər yekunlaşıb. Təlimlərdə elm, tədris, tələbələrlə iş, insan resursları, beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr şöbələrinin, maliyyə departamentinin rəhbərləri, dekanlar və kafedra müdirləri iştirak edib. İmtahanı uğurla keçən iştirakçılara bu gün sertifikatları təqdim olunub.

Təlimin təşkil olunmasında əsas məqsəd universitetin kadr potensialının inkşaf etdirilməsi və bölmə rəhbərlərinin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsidir.

Təlimlər kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov tərəfindən aparılıb. Sertifikatların təqdim olunması mərasimində çıxış edən Fuad Məmmədov universitetin rektoru Səadət Əliyevaya ali təhsil müəssisəsinin əməkdaşları üçün yaradılan imkanlar və kulturologiya elminin inkişafına töhfələri səbəbiylə təşəkkür edib və iki qurum arasında əməkdaşlığın davamlı olmasını arzulayıb.

Qeyd edək ki, ümumilikdə 30 saat olmaqla həftədə bir dəfə keçirilən təlimlər 8 mühazirə və 6 seminardan ibarət olub. Təlimlər kulturologiyanın əsas anlayışları, idarəetmə mədəniyyəti və bu sahədə xarici ölkələrin təcrübəsi, liderlik mədəniyyəti, işgüzar münasibətlər mədəniyyəti kimi modullar üzrə aparılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
05.04.2018

DİGƏR XƏBƏRLƏR