XƏBƏRLƏR

Polşalı alim Tomasz Bober tələbələrə mühazirə oxuyur

Polşalı alim Tomasz Bober tələbələrə mühazirə oxuyur

26 aprel 2022

Baxış sayı: 1210

Polşanın Krakov İqtisadiyyat Universitetinin müəllimi Tomasz Bober “Erasmus +” mübadilə proqramı ilə Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin ingilisdilli ixtisaslarında təhsil alan tələbələrinə mühazirə oxuyur. Tomasz Boberin birinci mühazirəsi “Elektron ticarətin tarixi, formaları və meyilləri” mövzusunda olub. Mühazirə elektron ticarətin formaları, kompüter texnologiyaları şəbəkəsinin iqtisadiyyat, biznes və elektron ticarətin inkişafına təsirindən, qədim tarixi olan ticarətin indi rəqəmsal biznes olaraq inkişaf etməsi kimi mövzuları əhatə edib.

Polşalı müəllimin növbəti mühazirələri “Yaradıcı reklam və marketinq yenilikləri ilə rəqiblərdən fərqlənmək” və “Biznes planının hazırlanması” mövzularında olacaq.

Qeyd edək ki, Tomasz Bober dərslərə başlamazdan əvvəl tanışlıq məqsədilə elmi işlər üzrə prorektor Yusif Qasımov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlovla görüşüb.

İctimaiyyətlə əlaqələr şöbəsi
26.04.2022


DİGƏR XƏBƏRLƏR