XƏBƏRLƏR

Professor Mayis Əliyev ictimai şuraya üzv seçilib

Professor Mayis Əliyev ictimai şuraya üzv seçilib

27 sentyabr 2019

Baxış sayı: 3630

Təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşdə şura üzvlərinə, o cümlədən şuraya üzv seçilən Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının professoru Mayis Əliyevə üzvlük vəsiqəsini təqdim edib.

Ceyhun Bayramov görüşdə nazirliyin ictimaiyyətlə qarşılıqlı fəaliyyəti istiqamətində görülən işlərdən danışıb. Nazir bildirib ki, Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında təhsillə bağlı məsələlərin həllində ictimai dəstək qazanılması üçün effektiv icra mexanizminin formalaşdırılmasına xüsusi önəm verilir və yeni yaradılan İctimai Şura bu baxımdan əhəmiyyətli rola malik olacaq. Nazirlik yanında bu qurumun yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı münasibəti gücləndirmək və maarifləndirmə işlərini genişləndirməkdir.

Görüşdə çıxış edən İctimai Şuranın üzvləri ictimaiyyət tərəfindən onlara göstərilən bu etimadı doğruldacaqlarını qeyd edib və Şuranın fəaliyyətinin təhsillə bağlı müxtəlif məsələlələrin ictimai müzakirəsinin və həllinin daha səmərəli təşkilinə xidmət edəcəyini bildiriblər.

Daha sonra Şuranın fəaliyyətinin təşkilatı məsələləri müzakirə edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
27.09.2019


DİGƏR XƏBƏRLƏR