XƏBƏRLƏR

Professor Mayis Əliyevin 50 illik yubileyidir

Professor Mayis Əliyevin 50 illik yubileyidir

21 oktyabr 2018

Baxış sayı: 1274

Bu gün Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyevin 50 illik yubileyidir.

Azərbaycan Universitetinin kollektivi adından Mayis müəllimi 50 illik yubileyi münasibətilə təbrik edir, can sağlığı, səmərəli elmi-pedaqoji fəaliyyət arzulayırıq!

Mayis Nəbi oğlu Əliyev 1968-ci ildə  Tovuz rayonunun Yanıxlı kəndində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1999-cu ildə hüquq üzrə fəlsəfə doktoru, 2005-ci ildə hüquq üzrə elmlər doktoru elmi dərəcəsi, 2013-cü ildə professor elmi adı alıb.

Elmi tədqiqat işləri ilə yanaşı müxtəlif illərdə ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olub. 2016-cı ildən Azərbaycan Universitetinin professorudur.

2012-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.

50-dən çox məqalənin, 5 monoqrafiyanın, 7 kitabın və 2 dərsliyin müəllifidir.

İctimaiyyətlə əlaqələr şöbəsi
21.10.2018


DİGƏR XƏBƏRLƏR