XƏBƏRLƏR

Professor Məhərrəm Qasımlının 60 illik yubileyidir

Professor Məhərrəm Qasımlının 60 illik yubileyidir

05 avqust 2018

Baxış sayı: 4473

Bu gün Azərbaycan Universitetinin professoru, Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi, filologiya elmləri doktoru, Şöhrət ordenli ədəbiyyatşünas, folklorşünas, şair Məhərrəm Qasımlının 60 yaşı tamam olur.

Görkəmli alimi Azərbaycan Universitetinin kollektivi adından 60 illik yubileyi münasibəti ilə təbrik edir, can sağlığı, elmi – pedaqoji və publisitik fəaliyyətində yeni uğurlar arzulayırıq!

Məhərrəm Paşa oğlu Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub.  Bakı Dövlət Universitetinin filologiya ixtisasını bitirib.

Qədim və orta dövr Azərbaycan ədəbiyatının məşhur bilicisi olan Məhərrəm Qasımlı Dövlət Mükafatı laureatıdır. 1994-cü ildən “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin redaksiya heyətindədir. Aşıq sənəti (1996), Sənə sözüm var (2004), Ozan-aşık sanatı (2010) monoqrafiyalarının müəllifidir. Ölkədə və xaricdə nüfuzlu elmi jurnallarla məqalələri çap olunub.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun folklor şöbəsinin müdiridir. 2003-cü ildən nəşr olunan "Folklor və etnoqrafiya" jurnalının baş redaktorudur. “Orxan Paşa” təxəllüsü ilə şeirlər yazır.

Bir neçə gün əvvəl prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan aşıq sənətinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
05.08.2018

DİGƏR XƏBƏRLƏR