XƏBƏRLƏR

Professor Qabil Əliyevi doğum günü münasibətilə təbrik edirik

Professor Qabil Əliyevi doğum günü münasibətilə təbrik edirik

13 oktyabr 2018

Baxış sayı: 3870

Bu gün İctimai elmlər kafedrasının müdiri, tarix elmləri doktoru, professor Qabil Əliyevin doğum günüdür. Bu münasibətlə Azərbaycan Universitetinin kollektivi adından Qabil müəllimi təbrik edir, can sağlığı, elmi-pedaqoji  və publisistik fəaliyyətində nailiyyətlər arzulayırıq!

Qabil Əli oğlu Əliyev 1956-cı ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1962-1972-ci illərdə həmin rayonun Yuxarı Seyidəhmədli kənd orta məktəbində təhsil alıb.

1977-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

"Bakı-Tiflis dəmir yolunun çəkilməsi və onun Azərbaycanın iqtisadi, sosial və mədəni həyatına təsiri (XIX əsrin 80-90-cı illəri)" mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasını 1986-cı ildə, "XIX-XX yüzilliyin başlanğıcında Şimali Azərbaycanda nəqliyyatın inkişafı" mövzusunda tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasını isə 2003-cü ildə müdafiə edib.  

2005-ci ildən professordur.

Əmək fəaliyyətinə 1977-ci ildə Füzuli rayonu Yuxarı Seyidəhmədli kənd orta məktəbində başlayıb.  1981-ci ildən Bakı Dövlət Universitetinin SSRİ tarixi (1917-ci il Oktyabr inqilabına qədərki dövr) kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb. 1982-1985-ci illərdə bu ali təhsil müəssisəsinin aspiranturasında "Vətən tarixi" ixtisası üzrə təhsilini davam etdirib.

1992-ci ildən Bakı Dövlət Universitetinin Türk və Qafqaz xalqları tarixi kafedrasında baş müəllim, dosent, professor əvəzi vəzifələrində çalışıb.

2013-cü ildən Azərbaycan Universitetində çalışır.

11 kitabın, onlarla elmi məqalənin müəllifidir.

 

 

İctimaiyyətlə əlaqələr şöbəsi
13.10.2018


DİGƏR XƏBƏRLƏR