XƏBƏRLƏR

Professor Qabil Əliyevin məqaləsi “İrs Heritage” jurnalında dərc olunub

Professor Qabil Əliyevin məqaləsi “İrs Heritage” jurnalında dərc olunub

27 iyul 2022

Baxış sayı: 926

Azərbaycan Universitetinin İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyevin “Qarabağ dəmir yolları” adlı məqaləsi “İrs Heritage” jurnalının 2022-ci il 51-ci sayında dərc olunub. Məqalədə XIX əsrin sonu – XX əsrin başlanğıcında Qarabağın şimalından cənubuna – Araz çayına və şərqə– Xəzər sahillərinə doğru inşa edilməsi planlaşdırılan dəmir yolu layihəsi haqqında məlumat verilib.  Müəllif bəhs edilən dövrdə Qarabağ diyarının zəngin təbii sərvətləri və iqtisadi potensialının bu layihənin irəli sürülməsi üçün başlıca şərt olduğunu vurğulayıb.

Qeyd edək ki, “İrs Heritage” jurnalı 18 dildə, o cümlədən rus, ingilis, alman, çin, ərəb dillərində dünyanın 65-dən çox ölkəsində yayımlanan mötəbər nəşrdir. Jurnalda müntəzəm şəkildə Azərbaycan tarixi, mədəniyyəti, bədii sənəti və bu kimi sahələr haqqında maraqlı məqalələr dərc olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi
28.07.2022


DİGƏR XƏBƏRLƏR