XƏBƏRLƏR

Professor Qəzənfər Kazımov filologiya tələbələrinə mühazirə oxuyub

Professor Qəzənfər Kazımov filologiya tələbələrinə mühazirə oxuyub

09 oktyabr 2019

Baxış sayı: 4226

Azərbaycan Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyat) ixtisası üzrə təhsil alan III kurs tələbələri dos. Əminə İbrahimlinin rəhbərliyi ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda olublar. Tələbələr burada dilşünas alim, professor Qəzənfər Kazımovu ziyarət edərək Müasir Azərbaycan dili  fənni üzrə ustad dərsi dinləyiblər.

Mühazirə dilin yaranması, ən ilkin birhecalı söz kökləri, dünya dillərindən nümunələr gətirməklə ilkin sözlərin samitlər əsasında formalaşması, ulu dil, monogenez, üzvlənən dilin, dil ailələrinin yaranması, türkdilli xalqların hansı ərazilərdən və haralara miqrasiya etmələri. Şumer dili abidələrini əks etdirən gildən bişirilmiş minlərlə plitələr olması və onlardan yalnız bir neçəsinin oxunması və bu kimi problemlərin təhlilini əhatə edib.

Sonda Qəzənfər Kazımov tələbələrə müəllifi olduğu kitabları hədiyyə edib, xatirə şəkili çəkdirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
09.10.2019


DİGƏR XƏBƏRLƏR