XƏBƏRLƏR

Professor Qorxmaz Quliyevin “Açırıq qapıları, örtürük qapıları, keçirik qapılardan” adlı kitabının təqdimatı keçirilib

Professor Qorxmaz Quliyevin “Açırıq qapıları, örtürük qapıları,  keçirik qapılardan” adlı kitabının təqdimatı keçirilib

08 iyul 2022

Baxış sayı: 1612

Azərbaycan Universitetində Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru Qorxmaz Quliyevin “Açırıq qapıları, örtürük qapıları, keçirik qapılardan” adlı kitabının təqdimat mərasimi keçirilib.

Kafedranın müdiri dosent Ülviyyə Rəhimova kitabın çap olunmasının həm filoloqlar üçün, həm də geniş oxucu kütləsi üçün əhəmiyyətindən danışıb. 

Kitabın müəllifi, professor Qorxmaz Quliyev Azərbaycan ədəbiyyatşünaslığında hələ də tədqiqatına ehtiyacı olan Mirzə Fətəli Axundovun, Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəylinin haqqında yazılan məqalələrə toxunub. Qorxmaz Quliyev çıxışında bu sənətkarların elmi dəyərlərinin kifayət qədər olmadığını vurğulayıb.

Təqdimatda iştirak edən filologiya elmləri doktoru, professor Cavanşir Yusifli də çap olunmuş kitabın elmi ictimaiyyət üçün əhəmiyyətini vurğulayıb.

Kafedranın professoru Asif Hacıyev, İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev, Humanitar fənlər fakültəsinin dekanı, dosent Səfər Məmmədov, Sosial işin təşkili kafedrasının müdiri, p.ü.f.d. Tünzalə Verdiyeva da çıxış edərək kitabda çap olunan məqalələr haqqında fikirlərini bölüşərək müəllifə uğurlar arzu ediblər.

Elmi redaktoru dosent Ülviyyə Rəhimova, rəyçiləri professor Asif Hacıyev və professor Cavanşir Yusifli olan kitabda ədəbiyyatşünaslığın müxtəlif problemlərinə həsr olunmuş məqalələr toplanıb.

414 səhifədən ibarət olan kitab-dərs vəsaiti filologiya ixtisası üzrə təhsil alan tələbələr, sahə üzrə tədqiqatçılar, filoloq-müəllimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

İctimaiyyətlə əlaqələr şöbəsi
08.07.2022

DİGƏR XƏBƏRLƏR