XƏBƏRLƏR

Professorumuz İctimai Şuranın üzvü seçilib

Professorumuz İctimai Şuranın üzvü seçilib

09 aprel 2019

Baxış sayı: 3542

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının professoru Mayis Əliyev Əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında İctimai Şuranın üzvü seçilib. Professora üzvlük vəsiqəsi Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin İctimai Şuranın üzvləri ilə görüşündə təqdim edilib.

Görüşdə nazir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət qurumları qarşısında müəyyən edilən vəzifələrdən biri də həmin qurumların fəaliyyətində ictimai iştirakçılığa geniş şərait yaradılması və ictimai nəzarətin gücləndirilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bu istiqamətdə mühüm işlər aparılır.

İctimai Şuranın sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev Şuranın öz vəzifələrinin icrasını təmin etməsi, ictimai nəzarəti, monitorinqləri həyata keçirməsi, yeni qanunvericilik layihələri ilə tanışlığı və s. üçün nazirlik tərəfindən müvafiq şəraitin yaradıldığını qeyd edib, bununla bağlı Şura üzvlərinin razılığını ifadə edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
09.04.2019

DİGƏR XƏBƏRLƏR