XƏBƏRLƏR

“Proqramlaşdırma üzrə olimpiada”nın qalibləri sertifikatla təltif olunublar

“Proqramlaşdırma üzrə olimpiada”nın qalibləri sertifikatla təltif olunublar

25 oktyabr 2023

Baxış sayı: 1090

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbələri arasında keçirilən “Proqramlaşdırma üzrə olimpiada”nın qalibləri sertifikatla təltif olunublar. Olimpiada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Tələbələr 3 saat ərzində Phyton, C++, Java dillərindən olan 10 alqoritmik tapşırıq həll ediblər. Beynəlxalq yarışların formatına uyğun olaraq eolymp.com saytında keçirilən olimpiadada qiymətləndirmə onlayn şəkildə aparılıb.

Olimpiadanın nəticəsinə əsasən I yeri Ülvi Ramil oğlu Sadıqzadə (İnformasiya texnologiyaları, II kurs), II yeri Yunis Tofiq oğlu Bədəlov (İnformasiya təhlükəsizliyi, II kurs), III yeri isə Eyvaz Əşrəf oğlu Bayramov (Kompüter mühəndisliyi, III kurs) tutub. Qaliblərə sertifikatlarını elmi işlər üzrə prorektor Yusif Qasımov təqdim edib.

Olimpiadanın keçirilməsində məqsəd tələbələr arasında proqramlaşdırma sahəsinə marağın artırılması, rəqabət yaratmaq, beynəlxalq yarışlara hazırlaşmaqdır.

Fakültə üzrə müxtəlif kurslarda təhsil alan tələbələrin iştirak etdiyi yarışda iştirakçılara İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Riyaziyyat və informatika kafedrasının müdiri Rəşad Məstəliyev və  kafedranın müəllimi Əbilhəsən Əhmədov rəhbərlik edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR