XƏBƏRLƏR

Prorektor Yusif Qasımov beynəlxalq riyaziyyat konfransında iştirak edib

Prorektor Yusif Qasımov beynəlxalq riyaziyyat konfransında iştirak edib

25 may 2022

Baxış sayı: 1011

Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, r.e.d. Yusif Qasımov “Tətbiqi riyaziyyatda yeni istiqamətlər” adlı beynəlxalq konfransda dəvətli məruzəçi kimi iştirak edib.  

Mərakeş Krallığının Beni Mellal şəhərinin Sultan Mouiay Slimane Universitetində keçirilən tədbirdə Yusif Qasımov apardığı tədqiqatlar və aldığı yeni nəticələr haqqında plenar məruzə edib və konfransın “Tərs məsələlər, idarəetmə və optimallaşdırma” bölməsinin moderatorluğunu edib. Prorektor Yusif Qasımov bundan əlavə həm də konfransın elmi komitəsinin üzvü olub.

Konfransın işində Mərakeş Krallığının müxtəlif universitetləri ilə yanaşı Fransa, ABŞ, Çexiya, Almaniya, İspaniya, İngiltərə kimi ölkələrin universitetlərini təmsil edən tanınmış alimlər də iştirak ediblər.

Konfransın gedişində Yusif Qasımov müxtəlif universitetlərin nümayəndələri ilə Azərbaycan Universiteti arasında mümkün əməkdaşlıq imkanlarını və alimlərimiz arasında birgə tədqiqatların aparılması yollarını da müzakirə edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
25.05.2022

DİGƏR XƏBƏRLƏR