XƏBƏRLƏR

Qabil Əliyev prezidentin Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə iştirak edib

Qabil Əliyev prezidentin Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə iştirak edib

20 oktyabr 2021

Baxış sayı: 2382

İctimai elmlər kafedrasının müdiri, tarix elmləri doktoru, professor Qabil Əliyev prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə iştirak edib. Görüşdə rayon ictimaiyyətinin nümayəndələri prezident İlham Əliyevə və Azərbaycan Ordusuna təşəkkür edib, qeyd ediblər ki, Qarabağda aparılan bərpa və quruculuq işlərinin miqyası, intensivliyi, sürəti onu göstərir ki, çox yaxın vaxtlarda böyük qayıdış strateji hədəfinə nail olunacaq.  

Prezident İlham Əliyev Füzuli rayonuna səfəri zamanı Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməllərini qoyub. Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olub. Füzuli şəhərində ilk yaşayış binalarının təməli qoyulub. Dövlətimizin başçısı Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşını qoyub.

İctimaiyyətlə əlaqələr şöbəsi
20.10.2021

DİGƏR XƏBƏRLƏR