XƏBƏRLƏR

“Qarabağın abidələri” ən yaxşı təqdimat müsabiqəsinin qalibləri mükafatladırılıb

“Qarabağın abidələri” ən yaxşı təqdimat müsabiqəsinin qalibləri mükafatladırılıb

28 dekabr 2022

Baxış sayı: 6632

Azərbaycan Universitetinin İnformasiya - kommunikasiya texnologiyaları fakültəsinin Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunan “Qarabağın ermənilər tərəfindən dağıdılmış tarix-memarlıq abidələri” mövzusunda ən yaxşı təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb. “Şuşa İli”nə həsr olunan müsabiqənin məqsədi münaqişə və işğal dövründə Qarabağın ermənilər tərəfindən dağıdılmış abidələrinin tələbələr tərəfindən araşdırılması, o cümlədən onlarda təqdimat bacarıqlarının formalaşdırılmasıdır.  

Müsabiqənin nəticələrinə əsasən I yerə Hacızadə Arzu Şahruz qızı (Biznes və iqtisadiyyat fakültəsi, Turizm işinin təşkili, I kurs), II yerə Abbaszadə İlkanə Fuad qızı (İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi, Kompüter mühəndisliyi, I kurs), III yerə Məmmədov Nahid Əli oğlu (Humanitar fənlər fakültəsi, Tarix ixtisası, III kurs) layiq görülüb. Qaliblərə və iştirakçılara hədiyyələri və sertifikatları elmi işlər üzrə prorektor Yusif Qasımov,  İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Riyaziyyat və informatika kafedrasının müdiri Rəşad Məstəliyev təqdim edib.  

Qeyd edək ki, müsabiqə 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamını rəhbər tutaraq və Azərbaycan Universitetinin “Şuşa İli” çərçivəsində həyata keçiriləcək tədbirlər planına uyğun olaraq təşkil olunur. 

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR