XƏBƏRLƏR

Azərbaycan Universitetində “Qarabağın dirçəlişi – ekolayihələr” müsabiqəsinin II turuna start verilib

Bu gün Azərbaycan Universitetində “Qarabağın dirçəlişi – ekolayihələr” mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsinin II turuna start verilib.  Gün ərzində ikinci mərhələyə keçən 10 layihədən 5-i qiymətləndirmə komissiyasının üzvlərinə təqdim edilib.  

Bu gün (23 may 2024) təqdim edilən layihələrin siyahısı 

  • Əbdüləzimova Aysel, Bağırova Zeynəb
    “Smart City” layihələrinin memarlıq üstünlükləri və onların Qarabağ iqtisadi rayonunda tətbiqi
  • Əhmədov Rəhman, Orucov Nazim
    Azərbaycan Respublikasında aşağı temperaturlu geotermal sulardan elektrik və istilik enerjisi istehsalı
  • Fərzalızadə Şamil, Fərəcov Ruhan
    Qarabağın meşə massivinin bərpası üçün yerli xammal əsasında yeni boy stimullaşdırıcı  reagentlərin hazırlanması
  • Məmmədzadə Fateh
    Децентрализованная энергетика в Карабахе
  • Bayramov Eyvaz, Veyisova Ülkər, Mirzəyev Əlihüseyn, İsmayılov Sənan, Məmmədov Nadir, Qasımov Amil
    “Smart Kənd” layihəsi

Komissiya üzvlərinin siyahısı 

  • Yusif Qasımov (Azərbaycan Universiteti, elmi işlər üzrə prorektor)
  • Ədalət Paşayev (Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun dosenti)
  • Mehman Həsənov (Azərbaycan Texniki Universiteti, kafedra müdiri)
  • Günel İmanova (Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun dosenti)
  • Rəhim Rəhimov (Azərbaycan Texniki Universitetinin dosenti) 
  • Günay İmanzadə (“Metatesk” şirkətinin təsisçi direktoru, İnnovasiya və Sahibkarlıq üzrə Prezident Mükafatçısı, “Texnofest”in qalibi
  • Asif Paşayev (Azərbaycan Universiteti, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı)
  • Hilal Əfrasıyabov (“Nokia Azərbaycan” şirkəti, satış meneceri)
  • Elçin Məmmədov (“Nokia Azərbaycan” şirkəti, inkişaf üzrə menecer)
  • Lətifə Ağamalıyeva (Azərbaycan Universiteti, Elm şöbəsinin müdiri)

İkinci mərhələyə keçən daha 5 layihənin təqdimatı sabah baş tutacaq. Təqdimatlar komissiya üzvləri tərəfindən əvvəldən müəyyənləşdirilən meyarlara uyğun olaraq qiymətləndirilir və nəticələr 14 iyun 2024-cü il tarixində Azərbaycan Universitetinin tədris binasında keçiriləcək final məhələsində elan olunacaq. 

Müsabiqənin qaliblərinə I, II və III dərəcəli diplomlar, hədiyyələr və pul mükafatı  (I yer – 1000 manat; II yer – 800 manat; III yer – 600 manat) təqdim ediləcəkdir. Bundan əlavə ən maraqlı təqdimat, ən innovativ layihə kimi əlavə nominasiyalar üzrə də mükafatlandırma nəzərdə tutulur. 

Müsabiqənin məqsədi işğaldan azad olunmuş torpaqlarda başlanan quruculuq işlərində gənclərin aktiv iştirakının təmin edilməsidir. Müsabiqədə Azərbaycanın bütün universitetlərini təmsil edən bakalavriat və magistratura tələbələrinin yeni ekoloji, innovativ ideyaları, “smart city - smart village” konsepsiyasının reallığa çevrilməsi üçün təkliflərinin toplanması, gənc istedadların üzə çıxarılması və onların elmi tədqiqata cəlb olunması nəzərdə tutulur. 

Müsabiqənin səhifəsinə keçid:
https://www.au.edu.az/az/research/musabiqe_ekolahiye_2024

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR