XƏBƏRLƏR

“Qiraət” dərnəyində Anarın hekayələrinə nəzər salınıb

“Qiraət” dərnəyində Anarın hekayələrinə nəzər salınıb

12 oktyabr 2022

Baxış sayı: 4309

Azərbaycan Universitetetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının baş müəllimi Xəyalə Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən “Qiraət” dərnəyinin növbəti görüşündə xalq yazıçısı, şair, tərçüməçi, senarist, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın yaradıcılığı müzakirə edilib. 

Tədbiri giriş sözü ilə kafedranın müdiri, dosent Ülviyyə Rəhimova açıb. Kafedra müdiri tələbələrə Anarın həyat və yaradıcılğı haqqında qısa məlumat verib və görkəmli yazıçının Azərbaycan xalqı və nəsri üçün böyük dəyər daşıdığını vurğulayıb. Daha sonra kafedranın müəllimləri dosent Fərhad Mədətov və baş müəllim Xəyalə Əliyeva Anarın yaradıcılığı haqqında öz fikirlərini bölüşüblər. 

Tədbir filologiya tələbələrinin Anarın yaradıcılığından seçdikləri hekayə, roman və povestlərin məzmununlarını çatdırmaları ilə davam edib. Tələbələr “Mən, sən, o və telefon”, “Gürcü familyası”, “Asılqanda işləyən qadının söhbəti”, “Vahimə” və digər əsərlərdə oxucuya çatdırmaq istədiyi məqam və məsələləri tədbir iştirakçıları ilə bölüşüblər. Adı çəkilən hekayələrin filoloji təhlili müzakirənin aparıcı prinsipini təşkil edib.

“Qiraət” dərnəyi mövzuya dair müzakirələrlə davam edib. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR