XƏBƏRLƏR

“Qiraət”dərnəyində “Klassisist faciə obrazlarında mənəvi borc problemi” mövzusu müzakirə olunub

“Qiraət”dərnəyində   “Klassisist faciə obrazlarında mənəvi borc problemi” mövzusu müzakirə olunub

13 aprel 2023

Baxış sayı: 1049

Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Cəfərovanın rəhbərliyi ilə fəaliyyət göstərən “Qiraət” dərnəyinin növbəti görüşündə  “Klassisist faciə obrazlarında mənəvi borc problemi” mövzusu müzakirə edilib.

Tədbiri giriş sözü ilə kafedranın müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ülviyyə Rəhimova  açaraq tələbələrə klassisizm estetik cərəyanı haqqında məlumat verib və onun aparıcı ədəbi-nəzəri prinsiplərini qeyd edib. Daha sonra kafedranın baş müəllimi Xəyalə Cəfərova Jan Jak Rasin və Pyer Kornelin yaradıcılığı haqqında öz fikirlərini bölüşüb.  

Tədbir,  filologiya tələbələrinin Rasinin “Andromaxa”, Kornelin “Sid” faciələrinin təqdimat vasitəsi ilə məzmun və təhlillərini aparmaları ilə davam edib. Tələbələr müəlliflərin yaradıcılığı ilə yanaşı faciələrdə oxucuya çatdırmaq istədiyi məqam və məsələlər haqqında fikir mübadiləsi aparıblar. Adı çəkilən faciələrin filoloji təhlili müzakirənin aparıcı istiqamətini təşkil edib. 

Görüş mövzuya dair müzakirələrlə yekunlaşıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR