XƏBƏRLƏR

Azərbaycan Universitetində qış imtahan sessiyası başa çatıb

Azərbaycan Universitetində qış imtahan sessiyası başa çatıb

12 fevral 2021

Baxış sayı: 2049

Azərbaycan Universitetində 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası 11 yanvar – 6 fevral tarixləri arasında onlayn şifahi və onlayn test formasında təşkil edilib. Cari imtahan sessiyasında bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 809 imtahanda tələbələrin 97.8 faizi iştirak edib.  İmtahanların 26 faizi onlayn test, 74 faizi isə onlayn şifahi formada keçirilib.

Sessiya ərzində imtahanların nəticəsi ilə bağlı Apellyasiya Komissiyasına 168 müraciət daxil olub. 1-8 yanvar tarixləri arasında tələbələrin təklif və müraciətlərini araşdıran komissiyanın qərarları apellyasiya üçün müraciət edən tələbələrə də şamil olunub.

Onlayn şifahi imtahanların nəticələrinə əsasən Apellyasiya Komissiyasına 1-3 bal çatışmazlığı ilə müraciət edən tələbələrin imtahan qiymətləri akademik borcu yaranmaması üçün  komissiyanın  da rəyi nəzərə alınmaqla rektorun göstərişi ilə artırılaraq 51-ə çatdırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
12.02.2021

DİGƏR XƏBƏRLƏR