XƏBƏRLƏR

Azərbaycan Universitetində qış imtahan sessiyası 30 dekabr tarixindən başlayacaq

Azərbaycan Universitetində qış imtahan sessiyası 30 dekabr tarixindən başlayacaq

24 dekabr 2019

Baxış sayı: 2611

Azərbaycan Universitetində 2019/2020-ci tədris ilinin qış imtahan sessiyası 30 dekabr 2019-cu il tarixindən başlayacaq.

Rektorun əmri ilə sessiyanın mövcud normativ sənədlər əsasında təşkil olunması, sessiya dövründə  tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahanların təşkilinə və gedişinə nəzarət, yarana biləcək neqativ halların həll edilməsinin təmin edilməsi və dərhal aradan qaldırılması məqsədilə “İmtahan qərargahı” fəaliyyət göstərəcək. Qərargaha daxil olan müraciət və şikayətlərin operativ şəkildə araşdırılması üçün tədbirlər görüləcək.

Sessiya dövründə şəffaflığın təmin edilməsi üçün imtahanlarda ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakına şərait yaradılacaq. İmtahanlarda iştirak etmək istəyənlər (+99412) 431 41 12 (daxili 118) nömrəli telefon vasitəsi ilə Tədris şöbəsinə müraciət etməlidirlər.

Qış imtahan sessiyası dövründə tələbələrin biliyinin yenidən qiymətləndirilməsi və imtahan zamanı baş vermiş münaqişələrin aradan qaldırılması üçün ixtisas kafedralarına uyğun olaraq Apellyasiya Komissiyası da fəaliyyət göstərəcək.

İctimaiyyətlə əlaqələr şöbəsi
24.12.2019

DİGƏR XƏBƏRLƏR