XƏBƏRLƏR

“Qüvvət elmdədir” adlı esse müsabiqəsi başa çatıb

“Qüvvət elmdədir” adlı esse müsabiqəsi başa çatıb

09 dekabr 2021

Baxış sayı: 1715

Azərbaycan Universitetinin tələbələri arasında klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş “Qüvvət  elmdədir” adlı esse müsabiqəsi başa çatıb. Müsabiqənin münsiflər heyəti tərəfindən filologiya (Azərbaycan dili və ədəbiyyat) ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Aytəkin Kərimova I yerə layiq görülüb.

Qalibə I dərəcəli diplom və “Xəmsə” kitabı hədiyyə olunub. Müsabiqəyə esse təqdim edən digər tələbələrə isə “iştirakçı seritifkatı” təqdim edilib.

Esse müsabiqəsinin keçirilməsində məqsəd Nizami Gəncəvi yaradıcılığında elmə, biliyə və istedada verilən dəyərin təhlil edilməsi, cəmiyyət üçün onun faydasının tələbələrə aşılanması, tələbələrin esse janrı və müvafiq yazı prinsiplərini öyrənməsi və analitik düşüncə tərzinin formalaşdırılmasıdır.

Müsabiqə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2021-ci il tarixli Sərəncamının və Azərbaycan Universitetinin “Nizami Gəncəvi İli” çərçivəsində həyata keçiriləcək tədbirlər planının icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
09.12.2021

DİGƏR XƏBƏRLƏR