XƏBƏRLƏR

Azərbaycan Universitetinin rektoru beynəlxalq hüquq konqresində çıxış edib

Azərbaycan Universitetinin rektoru beynəlxalq hüquq konqresində çıxış edib

20 oktyabr 2016

Baxış sayı: 8024

Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov Beynəlxalq İstanbul Hüquq Konqresində məruzə ilə çıxış edib. Məruzə Dağlıq Qarabağ münaqişəsinin həllinə həsr olunub. 

Konqresdə məhkəmə sisteminin səmərəliliyinin artırılması, aparılan islahatlar və müsbət təcrübələr, məhkəmələrdə müasir texnologiyaların tətbiqi və hakimlərin tədrisi, ədliyyə sahəsində əməkdaşlıq, habelə digər aktual məsələlər müzakirə olunub. Mötəbər tədbirdə Azərbaycanı təmsil edən nümayəndə heyətinə Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov rəhbərlik edib.

Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirələrə fəal qatılaraq müxtəlif mövzularda çıxışlar ediblər. Konqresin “İkili və çoxtərəfli beynəlxalq müqavilələr” sessiyasında  tədbir iştirakçılarının diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, o cümlədən Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğalı, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb edilib. Azərbaycan Universitetinin rektoru Fərid Əhmədovun Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş məruzəsi də bu bölmədə dinlənilib. 

Beynəlxalq tədbir oktyabrın 17-19-da Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın  himayəsi altında və Türkiyə Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilib. Konqresdə 40-dək ölkədən 1100-dən çox nümayəndə, o cümlədən ədliyyə nazirləri, Konstitusiya və Ali məhkəmələrin sədrləri, baş prokurorlar, ədliyyə akademiyalarının rəhbərləri, tanınmış hüquqşünaslar və alimlər iştirak ediblər.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
20.10.2016

DİGƏR XƏBƏRLƏR