XƏBƏRLƏR

Rektor Səadət Əliyeva amerikalı professor ilə görüşüb

Rektor Səadət Əliyeva amerikalı professor ilə görüşüb

07 aprel 2022

Baxış sayı: 1871

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva universitet heyətinə yeni qoşulan ABŞ-ın Kanzas Universitetinin professoru Mehrəngiz Nəcəfizadə ilə görüşüb. Görüşdə ali təhsil sahəsində təqaüd və qrant proqramlarının, müəllim mübadiləsinin əhəmiyyəti və üstünlükləri müzakirə olunub.

Səadət Əliyeva qonağı salamlayıb, rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti və beynəlxalq əlaqələri haqqında məlumat verib. Rektor bildirib ki, beynəlxalq əlaqələrin genişləndirilməsi Azərbaycan Universitetinin strateji hədəfləri sırasındadır. Mehrəngiz Nəcəfizadə növbəti dəfə Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib.

Professor Mehrəngiz Nəcəfizadə 2021/2022-ci tədris ilinin yaz semestrində təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan II kurs tələbələrinə “Genderə giriş” fənnini tədris edir. Gender tədqiqatçısı professor ABŞ-ın “Fulbright” proqramı çərçivəsində Azərbaycandadır.

İctimaiyyətlə əlaqələr şöbəsi
07.04.2022

DİGƏR XƏBƏRLƏR