XƏBƏRLƏR

Rektor Səadət Əliyevanın tələbələrlə görüşlərinə start verilib

Rektor Səadət Əliyevanın tələbələrlə görüşlərinə start verilib

25 sentyabr 2017

Baxış sayı: 5212

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva bu gündən qruplar üzrə tələbələrlə görüşlərə başlayıb. Görüşlər tələbələrlə tanışlıq, universitet haqqında təəssüratlarının və üzləşdikləri problemlərin, təklif və rəylərinin öyrənilməsi məqsədi ilə keçirilir.

Rektor yeni tədris ilinin başlanması münasibəti ilə tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. Görüşlərdə tələbələrə yeni tədris ilində görülmüş işlər, həyata keçirilən yeniliklər haqqında məlumat verilib.

Günün ilk görüşü Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə təhsil alan I kurs tələbələri (172201-ci qrup) ilə keçirilib. Tədbirdə iştirak edən tələbələr əsasən öz təssüratlarını bölüşüblər.  

İkinci görüşdə Biznes və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı (154401-ci qrup) və Mühasibat uçotu və audit (154402-ci qrup) ixtisasları üzrə təhsil alan III kurs tələbələri, üçüncü görüşdə isə Maliyyə (154403-ci qrup) ixtisası üzrə təhsil alan III kurs tələbələri iştirak edib.

Günün son görüşü isə Dövlət və bələdiyyə idarəetməsi (144410-ci qrup) və İqtisadiyyat (144404-cü qrup) ixtisaslarının tələbələri ilə baş tutub.

Rektor tələbələrin individual problem, təklif və rəylərinin araşdırılacağını və müvafiq struktur bölmələrə tapşırıq veriləcəyini bildirib.

Rektorun tələbələrlə qruplar üzrə görüşləri davam edəcək.

İctimaiyyətlə əlaqələr şöbəsi
25.09.2017


DİGƏR XƏBƏRLƏR