XƏBƏRLƏR

Rəşad Məstəliyev beynəlxalq konfransda məruzə ilə çıxış edib

Rəşad Məstəliyev beynəlxalq konfransda məruzə ilə çıxış edib

30 avqust 2023

Baxış sayı: 1108

Azərbaycan Universitetinin Riyaziyyat və informatika kafedrasının müdiri, dosent Rəşad Məstəliyev 28-30 avqust 2023-cü il tarixlərində Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda keçirilmiş “Kibernetika və İnformatika Problemləri” mövzusunda V beynəlxalq konfransda (5th International Confrence on Problems of Cybernetics and Informatics/ PCI-2023, https://pci.cyber.az/) məruzə ilə çıxış edib. Kafedra müdirinin məruzəsi “Adi stoxastik differensial tənliklər sistemləri ilə təsvir olunan dinamik sistemlərdə optimallıq üçün zəruri şərtlər” mövzusuna həsr olunub.

Konfransın təşkilatçıları İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu və  ADA Universitetidir. Konfransın tərəfdaşları isə Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasıdır. 2006-cı ildən başlayaraq Bakı şəhərində silsiləvi şəkildə keçirilən beynəlxalq konfransın əsas məqsədi elmi tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirərək kibernetika və informatika sahələrində mövcud elmi və praktiki problemləri müzakirə etməkdir.

Hibrid formatda keçirilən konfransda Polşa, İtaliya, Gürcüstan, Almaniya, Ukrayna, Rumınya, Litva, Bolqarıstan, Özbəkistan, Qazaxıstan və digər bu kimi ölkələrdən 500-dək tədqiqatçı və alimlər iştirak edib.  

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR