XƏBƏRLƏR

Rəşad Məstəliyev beynəlxalq konfransda məruzə ilə çıxış edib

Rəşad Məstəliyev  beynəlxalq konfransda məruzə ilə çıxış edib

11 dekabr 2023

Baxış sayı: 678

Azərbaycan Universitetinin Riyaziyyat və informatika kafedrasının müdiri, dosent Rəşad Məstəliyev 4-8 dekabr 2023-cü il tarixlərində Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının Nalçik şəhərində keçirilən VII beynəlxalq “Lokal olmayan sərhəd məsələləri və riyazi-biologiya, informatika və fizikanın əlaqəli problemləri” adlı konfransda iştrak edib. Konfrans Kabaldin-Balkar Respublikasının Nalçik Tətbiqi Riyaziyyat və Avtomatlaşdırma İnstitutu, Çərkəziya Beynəlxalq Elmlər Akademiyası, Kabardin-Balkar Respublikası Dövlət Universiteti, Rusiya Novosibr Riyaziyyat Mərkəzi, Özbəkistanın Romanov adına Daşkənd Riyaziyyat İnstitutu və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib. Beynəlxalq tədbir diferensial tənliklər, xüsusən də kəsr tərtib diferensial tənliklər sahəsində tanınmış alim, professor A. M. Naxuşovun 85 illiyinə həsr olunub. 

Kafedra müdiri beynəlxalq konfransın “Lokal olmayan fiziki, bioloji və sosial-iqtisadi proseslərin riyazi modelləşdirilməsi” bölmə iclasında “Stoxastik diskret idarəolunan sistemlərdə məxsusi idarələrin optimallığı haqqında” mövzusunda məruzə ilə çıxış edib. İştrakçıların marağına səbəb olan məruzə ətrafında fikir mübadiləsi aparılıb, gələcək tədqiqatların istiqamətlərinə dair tövsiyələr səsləndirilib. Rəşad Məstəliyev məruzə ilə bağlı ona ünvanlanan sualları da cavablandırıb.  

Səfər zamanı Azərbaycan Universitetinin Riyaziyyat və informatika kafedrasının Nalçik Tətbiqi Riyaziyyat və Avtomatlaşdırma İnstitutu ilə birgə onlayn formatda elmi seminarlarının təşkil olunması haqqında razılığa da gəlinib.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR