XƏBƏRLƏR

Riyaziyyat və informatika kafedrasının elmi seminarı keçirilib

Riyaziyyat və informatika kafedrasının elmi seminarı keçirilib

26 dekabr 2022

Baxış sayı: 6564

Azərbaycan Universitetinin Riyaziyyat və informatika kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedranın müəllimi Bəhrəm Əzizov “Qərar  qəbuletmə yardım sistemlərinin köməyi ilə sosial-iqtisadi və ekoloji sahəyə aid avtomatlaşdırlımış sistemlərin layihələndirilməsində kompleks yanaşma” mövzusunda məruzə ilə çıxış edib.

Məruzə bəzi mürəkkəb strukturlu məsələlərin həllində çoxlu sayda ekspertlərin bilik və təcrübəsindən istifadə edilməsinin zəruriliyinin vurğulanmasına həsr olunmuşdur. Mürəkkəb sistemlərdə qərar qəbuletmə məsələsinin həlli üçün tələb olunan ekspert informasiyasının, yəni onların biliyinə və təcrübəsinə əsaslanan məlumatların toplanması və gələcəkdə istifadə olunması məqsədilə saxlanması böyük əhəmiyyət kəsb edir. Böyük həcmə malik olan ekspert informasiyasının saxlanması, bu informasiyanın emalı və nəticələrin çıxarılması böyük əmək və vaxt tələb edir. Bu tip məsələlər real vaxtda dəqiq və tez nəticənin çıxarılması, yəni həllin tapılmasını tələb edir. Məruzəçi bu tip problemlərin həllinə yeni kompleks yanaşma təklif edib və nəticələri Mathlab/Simulink mühütində realizə edib. 

Seminarın sonunda Bəhrəm Əzizov sualları cavablandırıb. 

Elmi seminarda Riyaziyyat və informatika kafedrasının əməkdaşları və kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan magistratura tələbələri iştirak edib. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR