XƏBƏRLƏR

Riyaziyyat və informatika kafedrasının növbəti elmi seminarı keçirilib

Azərbaycan Universitetinin Riyaziyyat və informatika kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın müəllimi, dosent Rəhim Rəhimov “Optimal idarəetmə məsələlərinin həll üsullarının sosial, texniki, tibb və s. praktik sahələrdə tətbiq imkanlarının tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.  

Məruzəçi seminar iştirakçılarına biometrik identifikasiyaya imkan verən cihazların hazırlanması və bu zaman prosesləri təsvir edən riyazi modellərin optimal çıxış vəziyyətlərinin tapılması meyarları haqqında ətraflı məlumat verib. 

Rəhim Rəhimovun məruzəsi maraqla qarşılanıb, seminar mövzu ətrafında müzakirələrlə davam edib. Təqdim olunan nəticələrin multidisplinar formada kafedranın digər əməkdaşları ilə birgə inkişaf etdirilməsi, həm nəzəri, həm də praktik formada yeni nəticələrin alınması yeni hədəflər kimi qarşıya qoyulub. Bu elmi işlərin davam etdirilməsi qərara alınıb. 

Elmi seminarda kafedranın əməkdaşları və magistratura səviyyəsində müvafiq ixtisaslaşmalar üzrə təhsil alan tələbələr iştirak ediblər. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR