XƏBƏRLƏR

“Sağlam bir dünya üçün yaşıl enerji” müsabiqəsinə 19 universitetdən 30 iş daxil olub

“Sağlam bir dünya üçün yaşıl enerji” müsabiqəsinə 19 universitetdən 30 iş daxil olub

08 fevral 2018

Baxış sayı: 5618

“Sağlam bir dünya üçün yaşıl enerji”mövzusunda Azərbaycan Universiteti tərəfindən elan olunan “Ən yaxşı tələbə elmi işi” müsabiqəsinə təqdim olunmuş işlərin müvafiq komissiya üzvləri tərəfindən seçimi aparılır. Seçilmiş işlər müsabiqənin II mərhələsində iştirak etmək hüququ qazanacaq və bu mərhələyə adlayacaq iştirakçıların adları Azərbaycan Universitetinin saytında elan olunacaqdır.

II mərhələ 15 fevral – 01 mart 2018 tarixləri arasında keçiriləcəkdir. II mərhələyə keçən iştirakçılar  öz elmi işlərini 20 dəqiqə ərzində komissiya qarşısında  təqdim etməlidilər.

Qalibləri  I, II və III dərəcəli diplomlar, hədiyyələr və pul mükafatı gözləyir.

  • I Yer – 800 manat
  • II Yer – 600 manat
  • III Yer – 400 manat

Tələbə, magistrant, doktorant və dissertantların yaradıcı və intellektual potensialının ortaya çıxarılması məqsədi ilə keçirilən müsabiqəyə 19 universitetdən 30 iş daxil olub. Müsabiqənin tərəfdaşı Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyidir.

İctimaiyyətlə əlaqələr şöbəsi
09.02.2018

DİGƏR XƏBƏRLƏR