XƏBƏRLƏR

“Sağlam bir dünya üçün yaşıl enerji” müsabiqəsinin II turu yekunlaşıb

“Sağlam bir dünya üçün yaşıl enerji” müsabiqəsinin II turu yekunlaşıb

25 fevral 2018

Baxış sayı: 7766

Azərbaycan Universitetində “Sağlam bir dünya üçün Yaşıl Enerji” mövzusunda “Ən yaxşı tələbə elmi işi” müsabiqəsinin ikinci turu keçirilib. Tələbə, magistrant, doktorant və dissertantların yaradıcı və intellektual potensialının ortaya çıxarılması məqsədi ilə keçirilən müsabiqənin növbəti turunda 14 elmi iş komissiya qarşısında təqdim olunub.

Tədbiri komissiyanın sədri Azərbaycan Universitetinin Elmi işlər üzrə prorektoru Yusif Qasımov açaraq müsabiqənin gedişatı haqqında məlumat verib. Yusif Qasımov Azərbaycan gənclərinin dünyada ekologiya və energetika sahəsində dünyada gedən iqtisadi proseslərin yeni istiqamətinə həvəsləndirilməsi və yönləndirilməsinin əhəmiyyətini vurğulayıb. Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva münsiflər heyəti və iştirakçıları təqdim edib.

Təqdimat üçün hər iştirakçıya 15 dəqiqə vaxt verilib. Komissiya üzvləri tərəfindən işin aktuallığı, yeniliyi, orijinallığı, innovativliyi, alınmış nəticələrin qoyulan məsələlərə uyğunluğu və əsaslandırılması, işin nəzəri və tətbiqi əhəmiyyəti kimi kriteriyalar ilə yanaşı təqdimatın hazırlanması, interaktiv materiallardan istifadə edilməsi və auditoriyaya çatıdırlması da qiymətləndiirlib.   

Tədbirdə Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva da iştirak edib, gərgin və yaradıcı iş günündə həm komissiya üzvlərinə, həm də iştirakçılara uğurlar arzulayıb.

Müsabiqənin tərəfdaşı Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyidir. “Sağlam bir dünya üçün Yaşıl Enerji” mövzusunda “Ən yaxşı tələbə elmi işi” müsabiqəsinin mükafatlandırma mərasimi mart ayında keçiriləcək.

Komissiyanın üzvləri

  • AMEA-nın Radiasiya Problemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru İslam Mustafayev
  • Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin şöbə müdiri, texnika elmləri namizədi Ramiz Kəlbiyev
  • AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, fizika riyaziyyat elmləri namizədi Elxan Səbziyev
  • Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Mütəllim Mütəllimov
  • Azərbaycann Dövlət Texniki Universitetinin Elektronika kafedrasının baş müəllimi, Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun elmi işçisi Rəşid Əliyev

II tura adlayan iştirakçılar

  • Kərimova Aysel Rüstəm qızı - Azərbaycan Texniki Universitetinin magistrantı (Azərbaycanda bərk bioyanacaq – briket istehsalı perspektivi)
  • Yusifbəyli Fidan Nurəli qızı, Cəfərli Seymur Salman oğlu - Azərbaycan Diplomatiya Akademiyasının tələbəsi və Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı (Enerjiyə qənaət - müasir strateji istiqamətlər)
  • Əlizadə Məhəmməd Tofiq oğlu, Babayev Adil Natiq oğlu – Xəzər Universitetinin tələbələri (Simsiz enerji mənbəyi)
  • Orucov Alirzə Qurban oğlu - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi (Təmiz ada)
  • Abbasova Nərminə Vaqif qızı - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi (Alternativ yanacaq kimi neft-koks briketlərin alınması)
  • Balaqadaşova Ülkər Zahid qızı - Bakı Dövlət Universitetinin doktorantı (İşlənmiş yağların heterogen katalizator iştirakında biodizelə çevrilmə reaksiyasının tədqiqi)
  • Abbaszadə Sərxan Akif oğlu, Zakirli Fəhmin Əhməd oğlu - Azərbaycan Universitetinin tələbələri (Elektrik enerjisinə qənaət üçün “SaveFy” cihazı)
  • Zamanov Əhməd Mehman oğlu - Fransa-Azərbaycan Universitetinin tələbəsi (Growbar - Yeni enerji qurğusu)
  • Məmmədov Emin Yasin oğlu - Azərbaycan Neft və Sənaye Universitetinin magistrantı (Fasiləsiz elektrik enerjisi təmin olunması məqsədilə hibrid günəş və külək enerji sistemlərinin  işlənməsi)
  • Behbudov Rəşid Musa oğlu - Bakı Avrasiya Universitetinin tələbəsi (Qida tullantılarından bioqazın alınması və alternativ enerji kimi istifadəs)
  • Quluyev Vüsal Şahin oğlu - Bakı Ali Neft Məktəbinin tələbəsi (Solar Tree-Günəş Ağacı)
  • Əzizli Xanpəri Sadiq qızı - Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi (Dünyada baş verən iqlim dəyişkənliyinin Azərbaycan Respublikası ərazisinə təsiri aspektləri)
  • Mərufov İlkin Malik oğlu - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantı (Kogenerasiyalı kiçik bioqaz qurğusunun fermer təsərrüfatlarında tətbiqi)
  • Qəhrəmanlı Nərmin Qabil qızı - Azərbaycan Dövlət Pedaqoji Universtetinin magistrantı (Dalğa enerjisi və tədqiqi)

DİGƏR XƏBƏRLƏR