XƏBƏRLƏR

Samirə Məmmədovanın məqaləsi “Web of Science” bazasında indekslənən jurnalda dərc olunub

Samirə Məmmədovanın məqaləsi “Web of Science” bazasında indekslənən jurnalda dərc olunub

24 noyabr 2021

Baxış sayı: 1941

Azərbaycan Universitetinin Xarici dillər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Məmmədovanın “Exploring time and place in news discourse: a linguistic approach” adlı elmi məqaləsi “Web of Science” bazasında indekslənən “Revista Conrado” elmi jurnalında çap olunub.

Məqalədə xəbər diskursunda zaman və yer konseptlərinin linqvistik tədqiqi araşdırılır. Burada xüsusi diqqət ingilisdilli xəbər diskurslarında bu iki çox vacib konseptin leksik, qrammatik və məcaz dili vasitələri ilə necə ifadə olunmasına yönəlmişdir. Koronavirus pandemiyası ilə əlaqədar yaranan son xəbərlər bu mövzunu son dərəcə aktual və orijinal edir, çünki təqdim olunan mövzu çox vacib iki konseptə həsr olunmuşdur: zaman və məkan. Məhz buna görə də 2020-ci ilin ilk aylarında hazırlanan çoxlu xəbər diskurslarında bu iki anlayışın necə formalaşdığını təhlil etmək son dərəcə aktual və maraqlı problemi diqqətə çatdırır.

Jurnala keçid: https://conrado.ucf.edu.cu/index.php/conrado/issue/view/65

Məqaləyə keçid: https://conrado.ucf.edu.cu/index.php/conrado/article/view/2055/2009

İctimaiyyətlə əlaqələr şöbəsi
24.11.2021

DİGƏR XƏBƏRLƏR