XƏBƏRLƏR

Səfər Kəlbixanlının yeni kitabı çap olunub

Səfər Kəlbixanlının yeni kitabı çap olunub

01 iyun 2022

Baxış sayı: 1389

Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin dekanı, yazıçı-publisist, filologiya elmləri namizədi, dosent Səfər (Məmmədov) Kəlbixanlının “Son yolçuluq” hekayə kitabı işıq üzü görüb. Kitab “Mütərcim” Nəşriyyat-poliqrafiya Mərkəzi tərəfindən çap olunub.

Kitabda “Cinlər dərəsində toy”, “Son yolçuluq”, “Qoca çinarın naləsi”, “Umud” hekayələri yer alıb. Kitaba Ön sözü filologiya elmləri doktoru, professor Qorxmaz Quliyev yazıb. Professor qeyd edib ki, Səfər Kəlbixanlının hekayələri ilk növbədə mənəvi-əxlaqi dəyərlərin aşınmasına görə bu nizamın pozulmasına və bunun qarşısıalınmaz və geriyədönməz fəsadlara həsr olunmuşdur.

Səfər Əhməd oğlu Məmmədov 1962-ci il iyulun 7-də Yardımlı rayonunun Astanlı kəndində anadan olub. 1969-1979-cu illər ərzində həmin kənddə orta təhsilini alıb. 1984-cü ildə M.F.Axundov adına APRDƏİ-yə (indiki Bakı Slavyan Universitetinə) daxil olub və 1989-cu ildə buranı fərqlənmə diplomu ilə bitirib. 1 yanvar 1992-ci ildə M.F.Axundov adına APRDƏİ-nin əyani aspiranturasına daxil olub. 1994-cü ildə “Müasir rus və Azərbaycan nəsrində mənəviyyat problemləri”(Y.Bondarev və İ.Şıxlının müharibə mövzulu əsərləri və onların tərcümələri əsasında) namizədlik dissertasiyasını müdafə edib. 1994-cü ildən filologiya elmləri namizədi, müəllim, baş müəllim, 2003-cü ildən dosentdir. 50-dən çox elmi məqalə, 1 dərslik həmmüəllifi, 1 metodik vəsait, Y.Polyakovun “Süddə çəpiş” romanının tərcüməçilərindən biri, V.Nabokovun “Maşenka”, “Lujinin müdafiəsi”, “Obskur kamerası” romanlarının tərcüməçisidir. 2013-2014-cü il Prezident təqaüdçüsüdür, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

148 səhifəlik kitab müəllifin sayca 5-ci kitabıdır.

İctimaiyyətlə əlaqələr şöbəsi
01.06.2022

DİGƏR XƏBƏRLƏR