XƏBƏRLƏR

Şəhid Fəxrəddin Qubanlının anadan olmasının 30 illiyinə həsr edilmiş tədbir keçirilib

Şəhid Fəxrəddin Qubanlının  anadan olmasının 30 illiyinə həsr edilmiş tədbir keçirilib

12 yanvar 2024

Baxış sayı: 482

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilənova Aprel şəhidi Fəxrəddin Qubanlının anadan olmasının 30 illiyinə həsr edilmiş “Cənnətdən qonağımız var” adlı tədbirdə iştirak ediblər. Tədbir Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin “Poeziya yarpaqları” ədəbiyyat dərnəyinin təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, tədbir iştirakçıları şəhid əsgər və zabitlərimizin xatirəsinə ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Anım tədbirində məktəbin şagirdlərinin ifasında Aprel şəhidlərinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub, şeirlər səsləndirilib. 

Tədbirdə şəhidin ailə üzvləri, Binəqədi Rayon İcra Hakimiyyəti nümayəndəsi Qadir Məmmədov, Binəqədi qəsəbə bələdiyyəsinin nümayəndəsi Rəşad İsayev, məktəbin qazi məzunu “Gənc Qazilər” İctimai Birliyinin Binəqədi filialının sədri Yusif Niyazlı, şəhidin müəllimləri, Aprel döyüşlərinin iştirakçıları və şəhid ailələri iştirak edib. 

Qeyd edək ki, Fəxrəddin Qurbanlı Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə 2015-ci il məzunudur. 2016-cı il aprel ayının ilk günlərində təmas xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olub. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR