XƏBƏRLƏR

Səlahəddin Xəlilov Azərbaycan Universitetində

Səlahəddin Xəlilov Azərbaycan Universitetində

07 may 2018

Baxış sayı: 7203

Azərbaycan Universitetinin ilk rektoru, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov Azərbaycan Universitetini ziyarət edib. 

Rektor Səadət Əliyeva və heyət ilə görüşən Səlahəddin Xəlilov şəxsi kitabxanasından 500-dən artıq kitabı Universitetin kitabxanasına hədiyyə edib.

Görüşdə Səadət Əliyeva qeyd edib ki, Respublikanın elm və təhsil məkanında xüsusi çəkisi olan təhsil müəssisələrindən olan Azərbaycan Universiteti fəaliyyət göstərdiyi 27 il ərzində daşıdığı yüksək ada layiq olmağa çalışıb. Ənənələrinə sadiq olan Universitetdə hazırda tədris prosesinin idarə olunmasının təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ali təhsil müəssisəsinin beynəlxalq nüfuzunun artırılması istiqamətində mühüm işlər görülür. Hədəf daim irəli getmək və inkişaf etməkdir.

Səlahəddin Xəlilov ilk rektoru olduğu Universitetin fəaliyyətini və nailiyyətlərini yaxından izlədiyini qeyd edib və kollektivə yeni uğurlar arzulayıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
07.05.2018

DİGƏR XƏBƏRLƏR