XƏBƏRLƏR

Şənbə və bazar günləri qeydiyyat aparılır

Şənbə və bazar günləri qeydiyyat aparılır

25 avqust 2018

Baxış sayı: 3470

Azərbaycan Universitetinə qəbul olan abituriyentlərin qeydiyyatını aparan komissiya 25-26 avqust (şənbə - bazar günləri) tarixlərində fəaliyyət göstərəcəkdir.

Abituriyentlər qəbulun rəsmiləşdirilməsi üçün aşağıda qeyd olunmuş sənədləri universitetin Sənəd Qəbulu Komissiyasına təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Bakalavriat pilləsinə I turda qəbul olan abituriyentlərin qeydiyyatı 28 avqust tarixinə qədər (28 avqust daxil olmaqla), II turda qəbul olanların qeydiyyatı isə sentyabrın 3-dək (3 sentyabr daxil olmaqla) saat 10.00-dan 17.00-dək aparılacaqdır.

Qediyyatdan keçməmək təhsil almaqdan imtina kimi qiymətləndiriləcəkdir.

Qeydiyyat üçün lazım olan sənədlərin siyahısı

  • Attestatın əsli
  • Şəxsiyyət vəsiqəsinin əsli (surəti ilə birlikdə)
  • Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (oğlanlar üçün)
  • Sağlamlıq haqqında tibbi arayış
  • 6 ədəd 3x4 ölçüsündə fotoşəkil (son 6 ayda çəkilmiş) və şəklin elektron variantı (diskdə)

Qeyd 1: Ödənişli əsaslarla təhsil alan;

  • Hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş tələbələr;
  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları olan tələbələr yuxarıda qeyd olunan faktları təsdiq edən sənədlərin əsli və surətini universitetə təqdim etməlidirlər.

Qeyd 2. 18 yaşı tamam olmamış abituriyentin valideyni qeydiyyatda iştirak etməlidir. Valideynlərdən özləri ilə şəxsiyyət vəsiqələrini gətirmələri xahiş olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi
25.08.2018

DİGƏR XƏBƏRLƏR