XƏBƏRLƏR

“Şuşa Azərbaycanın tacıdır” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Şuşa Azərbaycanın tacıdır” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

21 dekabr 2022

Baxış sayı: 4922

Azərbaycan Universitetinin tələbələri arasında keçirilən və “Şuşa İli”nə həsr olunan “Şuşa Azərbaycanın tacıdır” (Azərbaycan və ingilis dillərində) esse müsabiqəsinin qalibləri mükafatlandırılıb. İngilis dilində esse müsabiqəsində I yerə Tərcümə (ingilis dili) ixtisası üzrə III kurs tələbəsi Emilya Mahmudova, II yerə Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisası üzrə IV kurs tələbəsi Nazənin Xalıqverdiyeva, III yerə Tərcümə (ingilis dili) ixtisası üzrə IV kurs tələbəsi Nailə Manafova layiq görülüb. Azərbaycan dilində esse müsabiqəsinin qalibi isə Dövlət və ictimai münasibətlər ixtisası üzrə I kurs tələbəsi Nuranə Məmmədova olub. 

Qaliblərə diplom və hədiyyələri Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova və Tərcümə və filologiya kafedrasının müdiri Samirə Məmmədova təqdim edib. Kafedra müdirləri oktyabr ayında start verilən müsabiqəyə 2 dildə təqdim edilən esselərin münsiflər heyəti tərəfindən bədii və yaradıcılıq baxımından qiymətləndirildiyini bildirib, qalibləri təbrik ediblər. 

Esse müsabiqəsinin keçirilməsində məqsəd milli mədəniyyətimizin beşiyi olan Şuşa şəhərinin mədəniyyətinin, incəsənətinin, tarixinin, görkəmli şəxsiyyətlərinin tələbələr tərəfindən araşdırılması və onlarda  yaradıcı yazı bacarıqlarının formalaşdırılmasıdır.

Müsabiqə Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamının və Azərbaycan Universitetinin “Şuşa ili” çərçivəsində həyata keçiriləcək tədbirlər planının icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR