XƏBƏRLƏR

Azərbaycan Universitetində “Şuşa: mədəniyyətimizin beşiyi” adlı ədəbi-bədii tədbir keçirilib

Azərbaycan Universitetində  “Şuşa: mədəniyyətimizin beşiyi” adlı ədəbi-bədii tədbir keçirilib

18 noyabr 2022

Baxış sayı: 6217

Azərbaycan Universitetində “Şuşa: mədəniyyətimizin beşiyi” adlı ədəbi-bədii tədbir keçirilib. “Şuşa ili”nə həsr olunan tədbir Azərbaycan dili və ədəbiyyat və Tərcümə və filologiya kafedralarının birgə təşkilatçılığı ilə baş tutub. 

Tədbirin əvvəlində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Filologiya (Azərbaycan dili və ədəbiyyat), Filologiya (ingilis dili və ədəbiyyatı), Təhsildə sosial-psixoloji xidmət, Dövlət və ictimai münasibətlər ixtisasları üzrə təhsil alan tələbələrin iştirak etdiyi ədəbi kompozisiya təqdim edilib, Qarabağın məşhur şairlərinin şeirləri səsləndirilib.  Kompozisiyada Qarabağ xanlığı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa, eləcə də Xan qızı Xurşidbanu Natəvanın həyatından fraqmentlərin yer aldığı səhnəciklər, milli rəqs və mahnılar təqdim edilib.

Sonda Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri dosent Ülviyyə Rəhimova və Tərcümə və filologiya kafedrasının müdiri dosent Samirə Məmmədova  çıxış edərək tədbirin mahiyyəti haqqında məlumat veriblər. Kafedra müdirləri Şuşa ədəbi mühitinin Azərbaycan mədəniyyətinin və ədəbiyyatının tarixində müstəsna rolu olduğunu vurğulayıb, tədbirin ərsəyə gəlməsində Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi Solmaz Süleymanovaya, iştirakçı tələbələrə təşəkkürlərini bildirdilər.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR